İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi

Könüllü, özü özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.

Birlik 2 yanvar 2001-ci ildə təsis edilib və 7 iyun 2004-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Qadın Hüquqşünaslar Forumu

17.03.2007-ci il tarixində "Azərbaycan Qadın Hüquqşunaslar Forumu" İ.B.-in təşkilat komitəsinin növbəti yığıncağı keçirildi.

Forumun embleminin nümunələri təqdim olunmuş və bu istiqamətdə tövsiyyələr qəbul olunmuşdur. Fəaliyyət proqramı müzakirə olunmuş və dəyərli tövsiyyələr verilmişdir.

Reqionlardan Qax rayonu üzrə nümayəndə seçilmişdir.