Məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsinin təşkili
"Azərbaycan Qadın Hüquqşünaslar Forumu" İctimai Birliyi Global Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Qadın hüquqşünaslar üçün Vəkillik məktəbi proqramı çərçivəsində "Məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsinin təşkili" pulsuz təlim kurslarında işrirak üçün müsabiqə elan edir.
Kurs iştirakçıları Vəkillər kollegiyasının yeni üzvü olan və ya praktiki fəaliyyətlə məşgul olan qadın hüquqşünaslara, məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsinin təşkilinin xüsusiyyətlərini qurbanların şikayətləri və fakt əsasında başlanmış cinayət işlərində müdafiənin təşkili və mülki iddiaların verilməsinə dair bilikləri əldə edə biləcəklər.
Kurslarda ali hüquq təhsili olan, vəkillik fəaliyyəti ilə və ya fərdi qaydada hüquq fəaliyyəti ilə məşğul olan QADINLAR və ya məişət zorakılığı qurbanlarına yardım edən QHT- fəalları iştirak edə bilərlər.
Kursları ölkənin tanınmış vəkilləri aparacaq.
Təqdim olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin sürəti;
- Diplomun sürəti və ya təhsil haqqında arayış;
- Tərcümeyi-hal (CV);
- Ərizə forması.
Kurslarda iştirak etmək arzusunda olanlar 2009 - cı il aprel ayının 10- u saat 17:00 qədər "Azərbaycan Qadın Hüquqşünaslar Forumu" İctimai Birliyinə müraciət edə bilərlər.
E-mail: azwomlawyers@gmail.com











