NZS qəsəbəsində evlərin sökülməsi ilə bağlı!

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə Bakı şəhəri, Babək prosepekti, İlham Məmmədov küçəsində yaşayan 150-dək ailə mənzillərinin sökülməsi ilə əlaqədar müraciət etmişdirlər.
Bununla əlaqədar İHM 300-dən çox kollektiv müraciətin Prezident Administrasiyasına göndərilməsi təşəbbüsünü həyata keçirmişdir,yerli və beynəlxalq təşkilatlara bəyanat göndərmiş və müvafiq dövlət strukturlarına və Ombudsmana müraciətlər etmişdir.

Bundan əlavə olaraq təşkilat 24 Apellasiya şikayəti hazırlayaraq göndərmişdir və 26 Apellyasiya şikayəti hazırlanmaqdadır( xatırladaq ki Xətai rayon Məhkəməsi 100- yaxın ailənin evlərinin sökülməsi ilə əlaqədar qətnamə qəbul etmişdir)

Nəticə olaraq bir necə dövlət strukturlari numayəndələri NZS sakinləri ilə görüş kecirmişdir.

18 yanvar 2012 ci il tarixində saat 16.30 radələrində NZS qəsəbəsi sakinləri ilə növbəti olaraq ARDNŞ rəsmilərinin görüşü kecirilmişdir. Görüşdə İnsan Hüquqlari uzrə Maarifləndirmə İctimai birliyinin sədri iştirak etmişdir.

Görüş zamanı ARDNŞ rəsmiləri qanunsuz tikililərin sökülməməsini vəd etmişdir.( baxmayaraq ki tikililərin sökülməsi ilə baqlı artiq 100 dən cox qətnamə mövcuddur)

İHM maraqlandiran" 100 dən cox qətnamənin cixarilmasi hansı eytiyacdan yaranmışdir?" həmin torpaqların dəmir yolunun muhafizə zolaqina aid olduqu halda Azərneftyaq nədən iddiaci qismində ishtirak edir? v'ə diqər suallari rəsmilər tərəfindən cavablandirilmamışdir.

İHM Bakı şəhəri və ətraf yaşayış məntəqələrində sayı on minlərlə olan zəif sosial qrupların təmsilçilərinin yaşadığı mənzillərin dövlət orqanları tərəfindən zorla dağıdılması təhlükəsi ilə qarşı-qarşıya qalmasından narahatlığını ifadə etməkdədir.

İHM hərkəsin yaşayış yeri hüququna hörmətin dövlətin beynəlxalq öhdəliyi olduğunu və məcburi köçürdülmələrin adatən çoxsaylı insanların adekvat yaşayış şəraitindən məhrum olması ilə nəticələnməsinin ölkənin beynəlxalq insan hüquqları üzrə əsas öhdəliklərinə zidd olduğunu bir daha xatırladır.

Məcburi köçürdülmələrin və yaşayış yerlərinin dağıdılmasının bütün maddi, siyasi və hüquqi məsuliyyətinin hökümətlərə aid olduğunu vurqulayir.