BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsinə alternativ hesabatın hazırlanması və təqdim edilməsi

01.04.2011- 31.07.2011

İHM. İ.B-yi BMT-nin Uşaq Fondunun (UNICEF) və BMT -nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitəsinə alternativ hesabatın hazırlanması və təqdim edilməsi layihəsini həyata keçirir.
Bununla əlaqədar olaraq, ölkədəki əlillərin əsas problemlərinin araşdırılması məqsədi ilə Azərbaycanın bir sıra bölgələrində tədbirlər, informasiya sessiyaları, dəyirmi masaların təşkil olunması, pentensiar xidmətin müalicə müəsissəsində intervyular aparılması və saxlanma şəraitinə baxış keçirilməsi planlaşdırılır.
Layihənin icrası haqqında daha ətraflı məlumatı xəbərlər linkindən əldə edə bilərsiniz.