Azadlıqdan Məhrumetmə Yerlərinin Personalı üçün Yaddaş Kitabı
Böyük Britaniya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya üzrə Strateji Proqram Fondunun maliyyə dəstəyi ilə təşkilat tərəfindən «BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmlərindən effektiv istifadə etməklə cəza sisteminin təkmilləşdirilməsi» layihəsi çərçivəsində «Azadlıqdan Məhrumetmə Yerlərinin Personalı üçün Yaddaş kitabı» hazırlanaraq nəşr olunmuşdur.
Kitabda beynəlxalq normalara istinadlar, həbsxana müdiriyyəti və işçi heyəti, qadın islah müəssisələrinin personalı üçün praktiki tövsiyələr, cəzaların icrası məsələlərindən çıxarışlar, məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi qaydaları, Avropa penitensiar qaydaları, məhbuslarla rəftarın minimal standart qaydaları öz əksini tapmışdır.











