BMT-nin müqavilə orqanlarına fərdi şikayətlərin verilmə qaydaları

Məlumat kitabı Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun maliyyə dəstəyi ilə təşkilat tərəfindən həyata keçirilən «BMT-nin müqavilə orqanlarına fərdi şikayətlərin verilmə proseduralarına dair kursların təşkili və vəsaitin nəşri» layihəsi çərçivəsində hazırlanmışdır.

Kitabda İnsan Hüquqlarına dair Beynəlxalq müqavilələrə əsasən şikayətlərin verilməsi və baxılması, İnsan hüquqları komitəsində və işgəncələrə qarşı komitədə fərdi şikayət mexanizmləri işgəncələrə dair şikayətin nümunəsi, qadınlara qarşı ayrı-seçkiliyin ləğvi haqqında beynəlxalq konvensiya üzrə prosedur, bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiya üzrə prosedur, beynəlxalq sənədlər, nümunə olaraq komitənin məlumatları əks olunmuşdur.