İnsan Alveri Qurbanlarının Müdafiəsi
Vəsait ATƏT-in Bakı Ofisi tərəfindən maliyyələşdirilib və sənədlərin toplanması və dərci İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Qadın Hüquqşünaslar Forumunun öhdəliyinə düşmüşdür. Bu vəsait “İnsan alveri qurbanlarının müdafiəsinin təşkili”layihəsi çərçivəsində nəşr edilmişdir.
Kitabda Azərbaycan Respublikası Cinayət məsələləri ilə bağlı müddəalar; İnsan alverinə qarşı mübarizə haqqında qanunda , Nazirlər Kabinetinin qərarlarından çıxarışlar və insan alverinə dair beynəlxalq sənədlər öz əksini tapmışdır. Həmçinin bu kitabda əlavə olaraq hökmlər, şikayət ərizələri və sairə faydalı nümunələr əks olunmuşdur.











