Bakı şəhəri, AZ1014,
Rəsul Rza küç 87, mən. 9
(+99412) 596-34-58
office@ehr-az.org

«İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ» İCTİMAİ BİRLİYİ
(təşkilat haqqında ümumi məlumat)

“İnsan hüquqları sahəsində maarifləndirmə” ictimai birliyi: könüllü, özü-özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri - hökumət təşkilatıdır. Birlik 2 yanvar 2001-ci ildə təsis edilib. 6 iyun 2004–cü ildə dövlət qeydiyatına alınmışdır. Birliyin sıralarında qırxdan artıq üzv vardır. Onların əksəriyyəti hüquqşunaslardır. Birliyin işində onlarla volontyor fəal iştirak edir. Birliyin başlıca məqsədi insan hüquqları sahəsində əhalinin hüquqi maarifləndirilməsi yolu ilə bu sahədə cəmiyyətin məlumatlılığının yüksəldilməsinə və ölkədə insan haqlarının təmin olunmasına nail olmaqdır.

Fəaliyyətimiz
  • ölkədə insan hüquqlarının vəziyyətinin araşdırılması, buistiqamətdə dövlət orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq;
  • cəmiyyətdəki demokratik proseslərin dərinləşməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, sosial cəhətdən əhəmiyyətli hər cür təşəbbüslərin müdafiəsi;
  • insan hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin öyrənilməsi və təbliği;
  • insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına informasiya xidmətinin göstərilməsi;
  • milli azlıqların mədəniyyətinin inkişafına, hüquqlarının müdafiəsinə xidmət edən layihələrin həyata keçirilməsi;
  • vətəndaşların hüquq və azadlıqlarının, insan haqlarının qorunması sahəsində proqramlarda iştirak, onların həyata keçirilməsinə yardım göstərilməsi;
  • insan hüquqlarının təminatı ilə bağlı layihələrin həyata keçirilməsi;
  • insan hüquqları ilə bağlı cib kitabçalarının, metodik vəsaitlərin və digər ədəbiyyatın dərc edilməsi;
  • insan hüquqları ilə bağlı əhalinin müxtəlif təbəqələri arasında rəy sorğularının keçirilməsi;
  • beynəlxalq mədəni, elmi və təhsil əlaqələrinin və mübadiləsinin inkişafı;
  • qeyd olunan problemlərlə bağlı dəyirmi masaların, elmi-praktik konfransların, simpoziumların, forumların və s. keçirilməsi;
  • xarici ölkələrdə fəaliyyət göstərən müvafiq təşkilatlarla əlaqələr yaradılması və onların inkişaf etdirilməsi, nümayəndələr mübadiləsinin həyata keçirilməsi;
İctimai birliyin rəhbəri hüquq elmləri namizədi İradə Arif qızı Cavadovadır.
Əlaqə telefonları: (+994) 12 596-34-58, (+994) 50 328-96-38
BMT inkişaf programının QHT-lər üçün resurs və təlim mərkəzi    UNDP    Avropa Birliyi    Avrasiya Fondu    Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu    Anama Fondu    Beynəlxalq İnkişaf Departamenti    Birləşmiş Millətlər Təşkilatın İnsan Hüquqları Üzrə Ali Komissarlağı    Norveç Krallığı    ATƏT

© 2002 - 2010
Müəllif hüquqları Ehr-Az.org
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.