HÜQUQŞÜNASLAR ÜÇÜN “ƏMƏK QANUNVERİCİLİYİNİN TƏTBİQİNİN PRAKTİKİ ASPEKTLƏRİ” MÖVZUSUNDA KURSLARIN TƏŞKİLİ
22.12.2003 - 22.10.2004 – “Əmək huququ üzrə praktikum” adlı kitabın nəşri. (AzLegal Company firması ilə birgə) — ABŞ–ın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin məqsədi – Əmək Hüquqlarının məhkəmələrdə effektiv müdafiəsini təşkil etmək üçün vəkillərin və praktiki fəaliyyətlə məşğul olan hüquqşünasların ixtisas artımına səy göstərmək olmuşdur.
Layihənin benefisiantları: Vəkillər və praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar olmuşdur.
Azərbaycanda ilk dəfə olaraq “Əmək Hüququ üzrə Praktikum” adlı kitab nəşr olunmuşdur.