BAKI, SUMQAYIT VƏ ABŞERONDA YAŞAYAN MİNADAN ZƏRƏR ÇƏKMİŞ ŞƏXSLƏRİN
ƏLİLLİK DƏRƏCƏSİ MƏSƏLƏSİNƏ YENİDƏN BAXILMASINA HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİ
18.09.2006 - 16.02.2007 - BMT İnkişaf Proqramı ilə razılaşma əsasında Avropa Birliyi tərəfindən maliyyələşdirilərək ANAMA-nın sifarişi ilə həyata keçirilmişdir. Layihənin məqsədi: Minadan zərər çəkmiş şəxslərin sosial ehtiyaclarının təmin olunmasına yardım etmək olmuşdur.
Layihənin benefisiantları: Bakı, Sumqayıt və Abşeronda yaşayan minadan zərər çəkmiş və sosial cəhətdən zəif təmin olunan əhali qrupu olmuşdur.
Layihənin həyata keçirilməsi sosial baxımdan təminatsız olan əhali qrupunun problemlərinin öyrənilməsi və aradan qaldırılması üçün əhəmiyyətli olmuşdur. Bir çox insanlar əlillik dərəcələrinin dəyişdirilməsi ilə yanaşı digər faydalı məsləhətlər ala bilmişdir.
Ən əsası təşkilatla bu insanlar arasında davamlı münasibətlər yaranmışdır və bu münasibətlər layihə başa çatdıqdan sonra da davam edir.