Bakı şəhəri, AZ1025,
Tağızadə küç 3, mən. 16
(+994) 12 511-63-53
office@ehr-az.org



BMT–nin MÜQAVILƏ ORQANLARINA FƏRDI ŞIKAYƏTLƏRIN VERILMƏ PROSEDURLARINA DAIR

TƏLİM KURSLARI

İnsan Hüquqları üzrə maarifləndirmə ictimai birliyiı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirilən «BMT –nin müqavilə orqanlarına fərdi şikayətlərin verilmə prosedurlarına dair» pulsuz təlim kurslarına qəbul elan edir.

Kurslarda ali hüquq təhsilli olan, vəkillik fəaliyyəti ilə və ya fərdi qaydada hüquq fəaliyyəti ilə məşqul olan beynəlxalq qurumlara məlumat və şikayətlər təqdim etmək üçün insan hüquqları pozuntularının qurbanları olan şəxslərə yardımlar edən QHT-lərin hüquqşünaslırı iştirak edə bilərlər.

Kursların iştirakçıları BMT-nin müqavilə orqanlarına fərdi şikayətlərin verilmə prosedurlarını BMT nəzarət orqanlarına dövlətlərin dövri hesabatlarına alternativ hesabatların verilmə qaydaları və prosedurları ilə bağlı bilik və vərdişlərini möhkəmləndirmək, bu sahədə beynəlxalq mexanizmlərlə tanış olmaq imkanı əldə edəcəklər.
Kursları ölkənin tanınmış ekspertləri aparacaq
Kursları uğurla bitirənlərə sertifikatlar təqdim olunacaq.

Təqdim olunan sənədlər:
  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Diplomun surəti
  3. Tərcümeyi-hal (CV).
  4. Ərizə forması
Kurslarda iştirak etmək arzusunda olanlar 2007-ci il may ayının 15-nə qədər «İnsan Hüquqları üzrəMaarifləndirmə» ictimai Birliyiınə müraciət edə bilərlər.

Ünvanımız: Rəsul Rza 87 ,otaq 9.
Email: office@ehr-az.org

Əlaqə telefonu: 596 34 58
Ərizə formanı yüklə
BMT inkişaf programının QHT-lər üçün resurs və təlim mərkəzi    UNDP    Avropa Birliyi    Avrasiya Fondu    Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu    Anama Fondu    Beynəlxalq İnkişaf Departamenti    Birləşmiş Millətlər Təşkilatın İnsan Hüquqları Üzrə Ali Komissarlağı    Norveç Krallığı    British Embassy Baku    ATƏT    Global Fund for Woman

© 2002 - 2010
Müəllif hüquqları Ehr-Az.org
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.