Bakı şəhəri, AZ1025,
Tağızadə küç 3, mən. 16
(+994) 12 511-63-53
office@ehr-az.org



QADIN HÜQUQŞÜNASLAR ÜÇÜN
VƏKİLLİK MƏKTƏBİ PROQRAMI ÇƏRÇIVƏSINDƏ
«İNSAN ALVERI QURBANLARININ MÜDAFIƏSININ TƏŞKILI»

İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Qadın Hüquqşünaslar Forumu ilə birlikdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın Hüquqşünaslar üçün Vəkillik Məktəbi proqramı çərçivəsində “İnsan alveri qurbanlarının müdafiəsinin təşkili” pulsuz təlim kurslarında iştirak üçün müsabiqə elan edir.

Kurs iştirakçıları Vəkillər Kollegiyasının yeni üzvü olan və ya praktiki fəaliyyətlə məşğul olan qadın hüquqşünaslara, qadın alverinin qurbanlarının müdafiəsinin təşkilinin xüsusiyyətlərini qurbanların şikayətləri və fakt əsasında başlanmış cinayət işlərində müdafiənin təşkili və mülki iddiaların verilməsinə dair biliklər əldə edə biləcəklər.

Kurslarda Ali hüquq təhsilli, vəkillik fəaliyyəti ilə və ya fərdi qaydada hüquq fəaliyyəti ilə məşğul olan QADINLAR və Qadın alverinin qurbanlarına yardım edən QHT- fəalı olan qadınlar iştirak edə bilərlər.

Kursları ölkənin tanınmış vəkilləri aparacaq.

Təqdim olunan sənədlər:
  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. Diplomun surəti;
  3. Tərcümeyi-hal (CV);
  4. Ərizə forması;
Kurslarda iştirak etmək arzusunda olanlar 2007-ci il sentyabr ayının 30-na qədər “İnsan Hüquqları Üzrə Maarifləndirmə” İctimai Birliyinə müraciət edə bilərlər.

Ünvanımız: Rəsul Rza 87, otaq 9.
Email: office@ehr-az.org
azwomlawyers@gmail.com

Ərizə formasi təşkilatın www.ehr-az.org internet səhifəsində yerləşdirilmişdir
Əlaqə telefonu:
596 34 58
BMT inkişaf programının QHT-lər üçün resurs və təlim mərkəzi    UNDP    Avropa Birliyi    Avrasiya Fondu    Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu    Anama Fondu    Beynəlxalq İnkişaf Departamenti    Birləşmiş Millətlər Təşkilatın İnsan Hüquqları Üzrə Ali Komissarlağı    Norveç Krallığı    British Embassy Baku    ATƏT    Global Fund for Woman

© 2002 - 2010
Müəllif hüquqları Ehr-Az.org
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.